Dmitri Medvedyev ABŞ-Rusiya əlaqərləri komissiyasının üzvləri ilə görüşüb

Rusiya prezidenti Dmitri Medvedyev ABŞ prezidenti Barak Obama administrasiyası ilə əlaqələrin yaxşılaçağına dair nikbinliyini bildirib. Prezident Medvedyev bunu ABŞ-Rusiya əlaqərləri komissiyasının üzvləri ilə görüşü zamanı deyib. Komissiya gələn ay Barak Obamaya hesabat verməlidir. Nümayəndə heyətinə Amerikanın sabiq senatorları- Qari Hart və Çak Heygel daxildir. Moskva görüşü Amerika və Rusiya prezidentlərinin görüşündən bir neçə həftə əvvəl keçirilir. Dövlət başçıları Böyük 20-lin sammiti keçirləcək Londonda aprel ayının 1-də görüşməlidir. Barak Obama administrasiyası da qarşılqılı əlaqalər barədə nikbin olduğunu bildirib. Nikbin notlar ABŞ dövlət başçısı Hillari Klintonla onun rusiyalı həmkarı Sergey Lavrovun ötən həftə Cenevrə görüşü zamanı səslənib.