Əfqanıstan
ABŞ prezidenti Barak Obamanın Taliban yaraqlıları arasında liberal elementlərlə
əlaqə yaradıla bilməsi barədə açıqlamalarını alqışlayıb. Əfqanıstan prezidenti
Həmid Kərzai deyib ki, amerikalı həmkarının açıqlamaları yaxşı əlamətdir. Bu
gün “Nyu-York Tayms”da nəşr olunan müsahibə zamanı cənab Obama deyib ki, ABŞ
Əfqanıstan və Pakistanda talibanın liberal üzvlərilə əlaqə yaratmaq üçün
imkanları öyrənmək istəyir. Cənab Karzai
isə bu gün deyib ki, onun hökuməti uzun müddətdir Taliban yaraqlıları ilə
vasitəçiliyi dəstəkləyir.