Barak Obama amerikalıları iqtisadi xilas planını dəstəkləməyə çağırır

ABŞ prezidenti Barak Obama amerikalıları iqtisadi xilas planını dəstəkləməyə çağıraraq, hazırda çətin seçimlər vaxtı olduğunu deyib. Həftəlik radio müraciəti zamanı ABŞ dövlət başçısı təklif etdiyi büdcə layihəsinin onun sözləri ilə " indi harada olunduğu və haraya gedilməli olduğuna" açıq bir hesabat olduğunu deyib.

Prezident Obama səhiyyə xidmətlərində islshatlar, yeni iş yerlərinin açılması, kredir bazarlarında donun açılması və ev satışı sektorun bərpası ilə planın iqtisadiyyatı dirçəlişə xidmət edəcəyini bildirib.

Barak Obama işsizlik səviyyəsinin son 25 ildə ən yülsək səviyyəsinə yüksəlməsini milyonlarla amerikalının əziyyətinə işarə olduğunu bildirib. Prezident iqtisadi böhranın həllinin tez və asan olmayacağını etiraf edib. Lakin o, Amerikanın əvvəlkindən daha güclü olacağı və ölkədə rifah halının yaxşılaşacağına ümidvar olduğunu bildirib.