Rusiya ABŞ-la yeni strategiya sazişi əldə edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerika ilə silahların yayılmamasına dair yeni strateji saziş əldə edilməsinin prioritet olduğunu deyib. Cənab Lavrov bunu bu gün Cenevrə konfransında etdiyi çıxışı zamanı bildirib.

Sergey Lavrov dünən ABŞ dövlət katibi Hillari Klintonla ilk rəsmi görüşünü keçirmişdi. Tərəflər yeni əlaqələrə start veriləcəyi və dekabr ayının 5-də müddəti başa çatan strateji silahların azaldılması sazişinin yenisi ilə əvəz ediləcəyinə vəd veriblər.

Hillari Klinton Lavrovla müzakirələri səmərəli adlandıraraq, görüş zamanı bir sıra sahələri əhatə edən məsələlərin müzakirə edildiyini deyib.