Beynəlxalq Haaqa məhkəməsi Sudan prezidenti Ömər Əl-Bəşirin həbsinə dair hökm çıxarıb. Bu, müharibə cinayətləri üzrə tribunalın 2002-ci ildə təsisindən bəri dövlət başçısının həbsi ilə bağlı ilk qərarıdır.
Prezident Bəşir Sudanın Darfur regionunda mülki vətəndaşlara qarşı hücum kampaniyalarına görə ittiham edilir. Həmin regionda 2003-ci ildən hökumətlə üsyançılar arasında mübarizə gedir.
Ittihamnamədə bəşəriyyətə qarşı cinayət, qətl, zorlama, isgəncə, məcburi
köçürülmələr kimi beş maddə yer alır.
Sənədə genosid maddəsi salınmayıb. Belə ki, Sudan prezidenti Ömər Əl-Bəşirin üç
etnik qrupun soyqırımına cəhd etdiyi sübuta yetirilməyib.