Hillari Klinton Fələstin rəsmiləri ilə görüş keçirib

ABŞ dövlət katibi Hillari Klinton Fələstinin baş naziri Salam Fəyyadla görüş keçirib. Rəsmilərin dediynə görə, Fələstin liderləri xanım Klintonu İordan çayının qərb sahilində yəhudi məskunlaşmalarını dayandırması və Qəzza sərhədlərinin blokadasına son qoyulması üçün İsrailə təsir göstərməyə çağırıb.

Hillari Klinton Yaxın Şərq sülh prosesinin canlandırılması səyləri çərcivəsində Misir və israilə səfər edib. ABŞ dövlət katibi Amerika Birləşmiş Ştatlarının Fələstin dövlətinin yaradılması səylərini davam etdərəcəyini və bu quruculuğun qaçılmaz olduğunu bildirib.

Hillari Klintonun mövqeyi İsrailin Fələstinə ərazi verilməsinin əleyhinə olan baş naziri Benyamin Netanyahu ilə münasibətlərinə xələl gətirə bilər.