Rusiya prezidenti Dmitri Medvedev ölkəsi ilə İspaniya arasında siyasi və iqtisadi münasibətləri inkişaf etdirmək məqsədilə, ikigünlük səfərlə Madridə gedib.
Cənab Medvedevın İspaniya kralı Huan Karlosla rəsmi naharı və eləcə də baş nazir Hose Lui Rodriges Zapatero ilə görüşü gözlənilir.
İki ölkə arasında Əfqanıstandakı hərbi qüvvələrin Rusiya ərazisindən təchizatına dair razılaşma imzalanacağı gözlənilir.