Hillari Klinton ABŞ-ın Fələstində bərpa işlərinə yardım ayırdığını deyib

Biləşmiş Ştatların dövlət katibi Hillari Klinton ABŞ-ın Fələstinin Qəzza Zolağında bərpa işlərinə görə 300 milyon dollar məbləğində yardım göstərəcəyini bildirib. Misirdə beynəlxalq donorların Qəzza Zolağında bərpa işlərinə həsr edilmiş kofransında iştirak edən xanım Kilinton bu gün etdiyi çıxışı zamanı Birləşmiş Ştatların maliyyə dəstəyinin Qəzzada sülhün bərpasına kömək edəcəyini deyib. ABŞ dövlət katibi Fələstin büdcəsindəki kəsirlərin aradan qaldırılmasına, təsisat islahatları və istisadiyyatın inkişafına Birləşmiş Ştatların əlavə 600 milyon dollar ayıracağını, lakin ayrılan bu yardımlardan İsraili dövlət kimi tanımayan Həmas yaraqlılıarına heç nə çatmayacağını deyib. Fələstin prezidenti Mahmud Abbas isə beynəlxalq donorlara müraciət edərək, sülhə nail olmadan təkcə maliyyə yardımının kifayət etməyəcəyini deyib.