Cənub-şərqi
Asiya liderləri Birmanın hərbi hökumətini siyasi məhbusları azad etməyə və
qarşıdakı illərdə keçiriləcək seçkilərdə daha çox partiyaya iştirak imkanı
verməyə çağırıb. Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına üzv 10 ölkənin
nümayəndəsi Taylandın Hua Hin şəhərində keçirilən iki günlük sammitin sonunda
birgə bəyanatla çıxış edib. ASEAN həç kəsə müdaxilə etməmək siyasəti yürütsə
də, bugünkü bəyanat Birmadakı siyasi vəziyyət barədə narahatlığı əks etdirən
nadir açıqlamalardandır. Qeyd edək ki, Birmanı 1962-cı ildən hərbi hökumət
idarə edir. Hökumət “Demokratiyaya doğru yol xəritəsi” yaratsa da, tənqidçilər
deyir ki, bu, hakimiyyətin gücünü daha da genişləndirir. ASEAN liderləri başqa
bir bəyanatla beynəlxalq maliyyə sisteminin təcili islahına çağırıb.