Cənub-şərqi Asiya dövlətlərinin illik sammiti başlayıb

Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası bu gün Taylandın Hua Hin kurort zonasında illik sammitinə başlayıb. Ev sahibi baş nazir Abhisit Veccajiva qrupun qlobal maliyyə böhranına tab gətirmə qabiliyyətinə inamını izhar edərək sammiti açıq elan edib. Tayland lideri deyib ki, Cənub-Şərqi Asiya hər iki böhran – həm Soyuq müharibə, həm də 1997-ci ildə Asiya maliyyə böhranı dövründə bunun öhdəsində birgə addım atmaqla gəlib. Onun sözlərinə görə, hazırda böhrana verəcəkləri cavab da əvvəlkilərdən fərqlənməyəcək. Sammit başlamamışdan öncə təşkilata üzv 10 dövlətin liderləri regionun problemlərini müzakirə etmək üçün görüş keçirib. Bu arada, Birma və Kamboca ölkədəki insan haqları fəallarının ASEAN sammitinə qatılmasına mane olub.