İran dövlət xəbər agentliyinin məlumatına görə,
ikitərəfli danışıqlar üçün İraq prezidenti Cəlal Təlabani Tehrana gəlib. İRNA bildirir ki, cənab Təlabani siyasi və
iqtisadi nümayəndə heyətinin 3 günlük səfərinə rəhbərlik edir. İraq prezidenti
iranlı həmkarı Mahmud Əhmədinejad, parlament spikeri Əli Laricani və nüfuzlu
dini lider Ayətulla Əkbər Həşimi Rəfsəncani daxil olmaqla İranın ali rəsmiləri
ilə görüşməyi planlaşdırır. Qeyd edək ki, 1980-ci illərdə İranla İraq arasında
müharibə olub. Ancaq sabiq İraq prezidenti Səddam Hüseyn devriləndən sonra
ölkələr arasında münasibətlər hiss olunacaq dərəcədə inkişaf edib.