Əfqanıstanın Qəzni vilayətində yüzlərlə adam NATO hərbi qüvvələrinin bir kənddə məscidi atəşə
tutmalarına etiraz olaraq nümayiş keçirib. Polislə İslama qarşı hörmətsizlik
edildiyini iddia edən nümayişçilər arasında toqquşma baş verib. Assosiated
Press isə NATO-nun sözçüsünə istinadən bildirib ki, hadisə baş verən vaxt beynəlxalq
hərbi qüvvələr bölgədə yox idi. NATO və
Əfqanıstan hökumətinin rəsmiləri hadisəni araşdırdıqlarını bildirirlər.