ABŞ
Prezidenti Barak Obama deyir ki, çətinliklərlə qarşılaşan Amerika iqtisadiyyatı
dirçələcək və əvvəlkindən də güclü olacaq.
ABŞ Konqresinin birgə sessiyasındakı ilk çıxışında cənab Obama bildirib
ki, illərlə davam edən məsuliyyətsizlik, qətiyyətsizlik və qısa müddətli
düşünmə dünyanın ən iri iqtisadiyyatını sınaq qarşısında qoyub. Cənab Obama bildirib ki, onun ötən həftə
qanuna imzaladığı 787 milyard dollar həcmində stimul planı bərpaya doğru
birinci addımdır. Lakin o, tibb xidməti,
enerji və təhsil sahələrində də əlavə
səylər tələb olunduğunu vurğulayıb. Onun
hazırladığı yeni büdcə gəlcək üçün mühüm hesab edilən bu 3 sahə üzərində
cəmləşəcək. Respublikaçıların
müraciətə cavabında Luiziana qubernatoru Bobbi Cindal deyib ki, pnun partiyası
prezidentlər əməkldaşlıq etməyə hazırdır.
Lakin Cindalın sözlərinə görə Demokratların təklif etdiyi plan
iqtisadiyyatın deyil, hökumətin genişlənməsinə yol açacaq.