Rusiya xəbər agentliklərinin məlumatına görə, prezident Dmitri Medvedev ikitərəkli əməkdaşlığı müzakirə etrmək məqsədilə tacikistanlı həmkarı İmaməli Rəhmanla görüşür.
Bu günkü görüş ərəfəsində cənab Medvedev bildirib ki, onun Moskva kənarındakı iqamətgahında aparılan danışıqlar iqtisadi və siyasi sahələrdə geniş mövzuları əhatə edəcək.
Rusiya lideri habelə ümid etdiyini bildirib ki, Rəhmanovun işgüzar səfəri onun bu il ərzində dövlət səfərinə yol açacaq.
Ötən il Rusiya parlameti Tacikistanını bu ölkəyə olan 20 faiz borcunun bağışlanması barədə sənədi ratifikasiya etmişdi.
Bunun əvəzində Tacikistan Nurek fəza müşahidə stansiyasının Rusiyanın nəzarətinə keçməsinə razı olmuşdu.