Əfqanıstan prezidenti Həmid Karzai Birləşmiş
Ştatlar Nümayəndələr Palatasının spikeri Nənsi Pelosi ilə bu gün Kabildə görüşüblər.
Bu barədə açıqlanan bəyanatda qeyd
edilib ki, onlar Birləşmiş Ştatlarla Əfqanıstan arasındakı münasibətləri, Əfqanıstana
sülh və təhlükəsizliyin gətirilməsi yollarını, eləcə də Əfqanıstanın iqtisadi durumunun
yaxşılaşdırılmasını müzakirə ediblər. Xanım Pelosi bildirib ki, o, Əfqanıstanda
demokratiyanın tərəqqisindən məmnundur və cənab Karzainin terrorizmə qarşı
mübarizədə yeni strategiya hazırlamaq məqsədilə gələn həftə Birləşmiş Ştatlara
nümayəndə göndərilməsi təklifini dəstəkləyir.