Pakistanda girov götürülən amerikalının anası ictimaiyyətə müraciət edib

Pakistanda 3 həftə əvvəl girov götürülən BMT-nin yardım işçisinin anası ictimaiyyətə müraciət edərək oğlunun azad edilməsinə kömək göstərilməsini istəyib.

Roz Soleskinin müraciəti BMT tərəfindən audiokasetdə yayılıb. O, Pakistanın cənub-qərb Bəlicistan vilayəti əhalisindən fevral ayının 2-də oğurlanan oğlu Con Soleskinin yerinin müəyyən edilməsinə yardım göstərmələrini xahiş edib.

BMT Soleskinin dərhal azad edilməsinə çağıraraq, onun ciddi səhhət problemlərinə malik olduğunu deyib. Bəlucistanın Birləşmiş Azadlıq Cəbhəsi adlı qrup Pakistan hökumətinin bəluc məhbusları azad etmədiyi təqdirdə, Con Soleskinin öldürüləcəyi ilə hədələyib.