Dünyada minlərlə dil yox olmaq təhlükəsi qarşısındadır

Birləşmiş Millətlər Təşkilatı bildirir ki, dünyada danışılan 6700 dildən demək olar ki yarısı yox olmaq təhlükəsi qarşısındadır. UNESCO yox olmaq təhlükəsi qarşısında olan dillərin atlasını bu gün açıqlayaraq bildirib ki, bu dilləri qorumaq mədəni irsin saxlanması üçün olduqca böyük əhəmiyyət daşıyır. Atlasa əsasən, dünyada 199 dildə yalnız 10 nəfərə yaxın adam danışır. Bu dillər arasında Latviyada yayılmış dillərdən biri olan Livoniya dili də var. Hazırda bu dildə yalnız bir adam danışır. UNESCO-nun bildirdiyinə görə, Alyaskada Eyak və Türkiyədə Ubuk dillərində danışan yeganə adamlar keçən il vəfat edib. Beləliklə də dünyada daha iki dil hazırda ölü dil hesab edilir.