Barak Obama Həmid Karzayla telefon söhbəti edib

Barak Obamanın 4 həftə əvvəl prezidentliyə başlamasından bəri Əfqanıstan prezidenti Həmid Karzayla ilk telefon söhbəti olub. Karzaf ofisinin bəyanatında deyilir ki, lidelrər qarşılıqlı əlaqələr və terrorimzlə mübarizə siyasətində dəyişiklikləri müzakirə ediblər. Telefon söhbəti zamanı Əfqanıstanın qarşıdan gələn prezident seçkiləri və digər məsələlərin də müzakirə mövzusu olduğu bildirilir.

ABŞ-ın müdafiə rəsmilərinin bu həftə verdikləri açıqlamaya görə, gələn bir neçə ay ərzində 12000 əsgərdən ibarət qüvvə Əfqanıstana yerləşdirilməlidir. Bundan sonra isə daha 5000 əsgəri qüvvənin oraya göndəriləcəyi deyilir. Əfqanıstanın Müdafiə Nazirliyi bu qərarı alğışlayaraq, qüvvələrin ölkənin qeyri-sabit cənub və şərq bölgələrinə yerləşdiriləcəyini deyib. Beləliklə Amerikanın Əfqanıstandakı qüvvələrinin sayı 55000 olacaq.