Sədr şəhərində növbəti partlayış olub

İraq polisi deyir ki, yolkənarı bomba partlayışı nəticəsində Bağdadda 4 adam həlak olub, 11 nəfərsə yaralanıb. Rəsmilər deyir ki, bomba hücumu Bağdadın şiələr yaşadığı Sədr şəhərində mikro-avtobusu hədəf alıb. Bu, son iki gündə Sədr şəhərində ikinci hücumdür. Bazar günü baş verən partılayışda 1 nəfər ölmüş, 18 nəfər yaralanmışdı. İraqda zorakılıqlar son ildə kəskin azalıb, lakin son hücumlar göstərir ki, təhlükəsizlik zərif olaraq qalır.ABŞ qoşunlarının 2011-ci ilədək ölkədən çıxarılmasını nəzərdə tutan sazişə əsasən ABŞ hərbçiləri təhlükəsizliklə bağlı cavabdehliyi tədricən İraq qüvvələrinə ötürməkdədir.