Hillari Klinton ABŞ-ın dövlət katibi kimi ilk rəsmi
səfərini Asiyaya etməyə hazırlaşır. Xanım Klintonun Yaponiya, İndoneziya,
Cənubi Koreya və Çini əhatə edəcək səfərinin əsas müzakirə mövzusu Şimalı
Koreyanın nüvə proqramı olacaq. Onun regiona sabah gedəcəyi
gözlənilir. Dünən Nyu-Yorkda Amerika siyasətini açıqlayan dövlət katibi ABŞ-ın
Şimali Koreya ilə münasibətlərini normallaşdırmağa hazır olduğunu bildirib.
Onun sözlərinə görə, bu, yalnız kommunist ölkəsinin nüvə tərksilahı vədinə əməl
edəcəyi təqdirdə baş tuta bilər. Çıxışından sonra xanım Klinton Amerikanın
səsinə bildirib ki, Obama administrasiyası Şimali Koreyada insan haqlarının
vəziyyəti məsələsindən narahatdır. Ancaq o, ölkəyə qarşı münasibətdə realistik olmağın vacibliyini
bidlirib.