Livanın sabiq baş naziri Rafiq Həririnin qətlinin 4-cü ildönümüdür

Livanın sabiq baş naziri Rafiq Həririnin qətlinin 4-cü ildönümü Beyrutda on minlərlə insanın təşkil etdiyi yürüşlə qeyd edilib.Şəhidlər meydanında keçirilən tədbirdə Livan bayraqları və siyasi partiyaların plakatları qaldırılıb. Anım mərasimi daha çoxsiyasi tədbiri xatırladıb.Belə ki, Həririnin oğlu Səad Həriririn tərəfdarları ona dəstəyini bildrərək, iyun ayında keçiriləcək parlament seçkilərində qələbə əldə edəcəklərinə vəd veriblər. Nümayiş iştirakçıları qatillərin cinayət məhkəməsinə cəlb edilməsi üçün BMT-ninxüsisi trubunal açmasını alqışlayıblar.2005-ci ilin fevral ayının 14-də maşına yerləşdirilmiş bomba partlayışınəticəsində Rafiq Həriri ilə birlikdə daha 22 adam həlak olmuşdu.