Türkiyə
dövlət xəbər agentliyi deyir ki, ötən həftə İraqın şimalında keçirilən
əməliyyat nəticəsində Türk qüvvələri 13 Kürd yaraqlısını öldürüb. Anadolu xəbər agentliyi bu məlumatı adlarının
çəkilməsini istəmyən təhlükəsizlik rəsmilərinə istinadən yayıb. Hava reydləri həmçinin PKK-ya məxsus
düşərgənin dağıdılması ilə nəticələnib.
Türk ordusunun sözçüsü ötən həftə müxbirlərə bildirmişdi ki, Türk
təyyarələri Harkuk regionunda PKK hədəflərini bombalamışdı. Son bir il ərzində Türkiyənin Kürd separatçılarına
qarşı apardığı mübarizə intensivləşib.