ABŞ prezidenti Barak Obama Amerika iqtisadiyyatının üzləşdiyi çətinliklərə bir daha toxunaraq, iqtisadi geriləmə dövründə 3.6 milyon iş yerinin itirildiyini deyib.Bu gün Ağ Evdə biznes liderləri ilə görüşü zamanı ABŞ dövlət başçısı gəlirlərini itirən şirkətlərin hədsiz təzyiq altında olduğunu deyib.
Prezidentin dedikləri Konqresin 789 milyard dollarlıq iqtisadi stimullaşdırma planına dair səsverməyə hazırlaşdığı vaxta təsadüf edir. Barak Obama bildirib ki, bu plan xərclər və davamlı iqtisadi artım naminə investisiya qoyuluşlarının artırılması, habelə 3.5 milyon yeni iş yerinin açılmasına xidmət edəcək.