İraq polisinin məlumatına görə, ölkənin şimal Mosul şəhərində bir avtomobilə qoyulmuş bomba partlayışı nəticəsində 4 polis həlak olub, ikisi mülki vətəndaş olmaqla 3 nəfər də yaralanıb.
Polis deyir ki, partlayış bu səhər Mosulun şərqindəki polis nəzarətçilərini hədəf alıb.
Son günlər İraqın şimal şəhərində bu kimi insidentlər intensivləşib.
Çərşənbə günü rəsmilərin bildirdiyinə görə, silahlı şəxslər Mosulda üç polisi öldürüblər, daha bir İraq hərbçisi isə terroçunun qurbanı olub. Eyni gündə Sünni siyasi partiyanın yerli lideri Əhməd Fatihi əl-Cüburi Mosulda məsçidə yola düşərkən öldürülüb.