Türkiyə prezidenti Abdulla Gül daha yaxın iqtisadi və siyasi əlaqələr qurmaq üçün bu gün Rusiyaya səfər edib.Bu Moksvaya gələn cənab Gül Rusiya prezidenti Dmitri Medvedev və baş nazir Vladimir Putinlə görüşməlidir. Türkiyə lideri habelə Rusiyanın neftlə zəngin Tatarıstan respublikasında rəsmilərlə danışıqlar aparacaq. Cənab Gül Türkiyənin Qafqazda münaqişələrin həllində daha fəal rol oynamaq səylərini gücləndirdiyi bir zaman edir. Son zamanlar Ankara hökumətinin Ermənistanla münasibətlərin yaxınlaşmasına səy göstərdiyi müşahidə edilir. İki ölkə arasında münasibətlər 1990-cı illərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən sonra kəsilmişdir.