Rusiyada nifrət zəminində baş verən cinayətlər artıb

Rusiyada fəaliyyət göstərən aparıcı insan hüquqları qrupu ölkədə keçən il nifrət zəminində törədilmiş cinayətlərin çoxaldığını bildirir.

Sova Mərkəzi adlı təşkilatın nümayəndəsi Qalina Kozevnikova irqi zorakılıqları araşdırır. O, bildirir ki, Rusiyada 2008-də irqci hücumlar nəticəsində 97 adam öldürülüb, ən azı 428 adam isə yaralanıb. Bir il əvvəl isə belə cinayətlər nəticəsində 600 yaralanma və 85 ölüm hadisəsi olmuşdur.

İnsan haqları müdafiəçiləri deyir ki, 1991-ci ildə Sovet İttifaqının dağılmasından bəri millətçi-ekstremist qrupların sayı çoxalıb. Onlar hökumətin sponsorluğu ilə təşkil olunan mitinq və nümayişlərdə irqci və ifrat millətçi şuarlardan açıq istifadə edən Kreml tərəfdarı gənc qrupların fəaliyyətlərinə diqqətləri cəlb edirlər.

Hüquq müdafiəçiləri xüsusilə Birləşmiş Rusiyanın gənclik qanadı olan "Gənc Keşikcilər"-in son vaxtlarda təşkil etdikləri mitinqləri göstərirlər.