Avropa
Şurasının İnsan Hüquqları üzrə komissarı Gürcüstana və onu iki separatçı
regionlarına bir həftəlik səfərə çıxıb.
Bu gün Tbilisidə çıxış edən Tomas Hammerberq deyib ki, o, Avqust ayında
Rus-Gürcü hərbi münaqişəsi zamanı ən çox dağıntıya məruz qalmış ərazilərə
gedəcək. Dayanacaqlar sırasında Abxaziya
separatçı regionunun paytaxtı Suxumi və Gürcüstanla de-fakto sərhəddə yerləşən
Qali rayonu var. Bu arada Rusiyanın
Gürcüstana hərbi müdaxiləsini araşdıran Avropa Birliyi komissiyasının rəhbəri
Gürcüstan xarici işlər naziri Qriqol Vaşadze ilə görüşüb. İsveçrəli diplomat Haydi Taqliavini konfliktin
köklərini müəyyən etmək üçün beynəlxalq qanun, hərbi və insan hüquqları
mütəxəssislərindən ibarət komanda toplayıb.