Pakistan
Birləşmiş Ştatların tənqidlərinə baxmayaraq, nüvə sirlərini satdığını etiraf
edən alimin azad edilməsi qərarını müdafiə edib.Pakistanın Xarici İşlər nazirliyi bu gün
bəyan edib ki, Əbdül Qadir Xan nüvə qaçaqmalçılığı ilə məşğul olan şəbəkə məhv edildiyi
üçün artıq təhlükə təşkil etmir.ABŞ
rəsmiləri Xanın azad edilməsi qərarının təəssüf doğurduğunu bildirərək, onun
daha təhlükə yaratmadığına dair qarantiyalar tələb edib.Pakistanın nüvə bombasının yaradıcısı hesab
edilən Xan 2004-cü ildə Liviya, İran və Şimali Koreyaya nüvə sirlərini çatdırdığını
etiraf etmişdi.İslamabadın Ali
Məhkəməsi 72 yaşlı Xanı beş il müddətinə ev dustaqlığına məhkum etmişdi.Ali Məhkəmə Xana dair bəzi təhlükəsizlik
tədbirlərinin görüləcəyini bildirib.