İran
xəbər agentliyi bildirir ki, hökumət Avropa Birliyi ölkələrinin səfirlərini çağıraraq,
Birliyin İranın sürgündə olan müxalif qrupu terrorçu təşkilat siyahısından
çıxarmasına etirazını bildirib. İran Xarici İşlər nazirinin müavini Mehdi
Səfəri bu gün səfirləri bir yerə toplayaraq hökumətin bu barədə rəsmi
şikayətini bildirib. O, təmsilçilərə deyib ki, İran Avropa Birliyinin terrorizmə ikili
standartlarla yanaşmasını kəskin tənqid edir. Birliyin xarici işlər nazirləri
yanvarın 26-da Xalq Mücahidləri qrupunu terrorçu təşkilatlar siyahısından
çıxarmışdı. Səfəri deyib ki, qrupun siyahından çıxarılmasının arxasında siyasi
səbəblər durur.