ABŞ prezidenti Barak Obama bu gün Hillari Klinton və Corc Mitçellə görüşür

ABŞ prezidenti Barak Obama bu gün dövlət katibi Hillari Klinton və Yaxın Şərq üzrə xüsusi nümayəndə Corc Mitçellə görüşür. Bu yaxınlarda Yaxın Şərq səfərindən qayıdan Corc Mitçel yenidən reagiona qayıdacağını bildirib. Onun dediyinə görə, təmkinli diplomatiya ilə sülhə nail olmaq mümkündür.

ABŞ dövlət katibi Hillari Klinton bütün tərəflərlə iş aparıb, İsrail-Fəlsətin münaqişəsini həll etmək istədiyini bəyan edib. Lakin xanım Klinton Həmasın zorakılıqları qınayaraq, Israili tanımalı və sülh razılıqlarına dair əldə edilən razılıqlara hörmət göstərməli olduğunu deyir.