Pisləşən
qlobal iqtisadi böhran fonunda 3 Yaponiya şirkəti iri itkilər veriklərini
bildirirlər. Elektron məhsul
istehsalçısı Panasonic deyir ki, dünya boyu 27 zavodu bağlayacaq və 15 min
işçini ixtisara salacaq. Ötən il
ərzində şirkət 4 milyard dollar itirib.
Korporasiya təkcə 2008-ci ilin 3-cü kvartalında 700 milyon dollar
itirdiyini deyir. Bu arada
avtomobilqayırma şirkətləri Mitsubishi 670 milyon, Mazda isə 144 milyon dollar
itirdiyini xəbər verir. Bu üç şirkət
ABŞ-da azalan təlabat üzündən istehsalı azaldan və işləri ixtisara salan son
yapon şirkətləridir.