Afina yaxınlığında polis məntəqəsinə hücum olub

Əvvəllər tanınmayan bir qrup bu gün Afina yaxınlığında polis məntəqəsinə edilmiş silahlı həmlənin məsuliyyətini öz üzərinə götürüb. Rəsmilər deyir ki, özünü İnqilabçı Sekta adlandıran bu qrup Athens qəzetinə zəng edərək məlumatı kompyuter diskində polis məntəqəsinə ötürdüklərini bildiriblər.

Üç hücümçü avtomat silahlardan Afina yaxınlığındakı Korydallosda polis məntəqəsinə atəş açıb, həmçinin əl qumbarası atıblar.Qumbara partlamayıb, amma yaralananlar var.

Bu arada rəsmilər Yunanıstanın paytaxtında Amerikanın bu ölkədəki səfirinin cangüdənini odlu silahdan atəş açaraq cidi şəkildə yaralayan 38 yaşlı polisi də sorğulayıblar.