ABŞ İranda  fəaliyyət göstərən Kürd Qrupu PJAK-ı terrorçu qrup elan edib

ABŞ Maliyyə Nazirliyi İraq və İran sərhədində fəaliyyət göstərən Iran kürd qrupunu terrorçu təşkilat kimi tanıyıb. Nazirlik Kürdüstan Azad Həyat Partiyası (PJAK) kimi tanınan qrupa bu gün maliyyə sanksiyası tətbiq edib. ABŞ qurumu bu təşkilatı Kürdüstan Fəhlə Partiyası –PKK-nın idarə etdiyini bildirib. ABŞ Maliyyə Nazirliyi deyir ki, Kürdüstan Fəhlə partiyası İran kürdlərinin müraciətlərinə cavab verərək 2004-cü ildə PJAK-ı yaradıb və ona nəzarət edib.