Sovet
Ittifaqının dağılmasından bəri yeni patriarx rus pravoslav kilsəsinə rəhbər
seçilib. Patriarx Kirill bu gün
təntənəli mərasimdə ali dini mövqedə təsdiq olunub. Törəndə yüzlərlə ibadətçi, onlarla din
xadimi, baş nazir Vladimir Putin və prezident Dmitri Medvedev iştirak
ediblər. Prezident öz çıxışında söyləyib
ki, Kirillin ali dini rəhbər seçilməsi dövlətlə din arasında “həmrəylik dialoqu”
üçün şərait yaradır. 1991-ci ildə Sovet erası başa çatdıqdan sonra rus hökuməti
ilə kilsə arasında əlaqələr xeyli yaxınlaşıb.
Rus pravoslav kilsəsinin nümayəndələri böyük səs çoxluğu ilə 62 yaşlı
Kirilli ötən həftə kilsəyə patriarx seçdilər.
Kilsənin 16-cı lideri olan Kirill 100 milyondan çox pravoslava rəhbərlik
edəcək.