Tehranda
yüzlərlə insan Fransa səfirliyi qarşısında İranın müxalifət qrupunun Avropa
Birliyinin terrorçu təşkilatlar siyahısından çıxarılması haqda razılığa etiraz
nümayişi keçiriblər.Xalq Mücahidləri
təşkilatının statusu barədə son qərar sabah Avropa Birliyinin xarici işlər
nazirlərinin iclasında veriləcək.
Xalq Mücahidləri 1960-cı illərdə yaradılıb. Qrup 1979-cu ildə Ayatolla Ruhulla Xomeyninin ABŞ-ın dəstəklədiyi İran şahını devirməsinə kömək etmişdir. Sonradan təkşkilatla Xomeyni arasında münasibətlərin kəsilməsi minlərlə insanın qətli, həbs edilməsi və sürgünə getməyə məcbur olması ilə nəticələnmişdir.