Pakistan
ABŞ prezidenti Barak Obamanın Quanatanamo körfəzindəki hərbi məhbəsi bir il
ərzində bağlanması haqda sərəncamını dəstəklədiyini deyir. Xarici işlər nazirliyinin bəyanatında deyilir
ki, mərkəzin bağlanması terrorizmlə mübarizənin moral aspektinə yardım
göstərir. Washington Post qəzetinin
hazırladığı siyahıda Quantanamoda 6 Pakistan vətəndaşının olduğu
bildirilir. Bunların sırasında 2001-ci
il Senyabrın 11-də ABŞ-a terror hücumları planlaşdırmaqda şübhəli bilinən şəxslər
də var. Bu arada Malayziyanın baş naziri
onun hökumətinin Quantanamoda saxlanılan iki Malyaziyalı ilə görüşmək istəyini
açıqlayıb. Həbsxananın bağlanması
qərarını alqışlayan Malayziya hökuməti dustaqların öz vətənlərində cəza
çəkməsini istəyir.