Iraqda daha 8 nəfər öldürüldü

İraq rəsmilərinin bildirdiyinə görə, silahlı şəxslər ölkənin Diyala əyalətində bir sünni ərəb ailəsinin ən azı 8 üzvünü öldürüblər.

Məlumata görə, 6 qadın Balad Roz şəhərində gecə ikən silahlılar təfərindən güllələnib.

Diyala İraqın mərkəzində ən təhlükəli bölgə hesab olunur. Əl Qaidə və digər bir neçə üsyançı qruplar məhz bu ərazidə fəaliyyət göstərirlər.