Gürcüstan Rusiyaya onun hərbi obyektlərini yoxlamağa icazə verməyib

Gürcüstan Avropada etimad və təhlükəsizliyə dair 1999-cu il Vyana sazişinə müvafiq olaraq Rusiyaya onun hərbi obyektlərini təftiş etməyə imkan verməyib. Qərarı elan edən Gürcüstanın Xarici İşlər nazirliyi Vyana sazişindən iqtibas gətirərək bəyan edib ki, bunu təhlükəsizliyinə hədə hesab etdiyi təqdirdə ölkənin təftişə icazə verməmək hüququ var. Nazirlik həmçinin Rusiya hərbi qüvvələrinin Gürcüstana müdaxiləsi, Rusiyanın atəşkəs haqda razılığı pozması və Gürcüstan ərazisinin işğalını davam etdirməsini də qeyd edib. Nazirlikdən onu da bildiriblər ki, təftişə imkan verməmək yalnız Rusiyaya aiddir və ATƏT-in bütün başqa üzvlərinə şamil olmur.