Aleksandr Lebedev "Evening Standart"-ın fəaliyyətinə milyonlarla dollar xərcləyəcəyinə söz verib

Rusiyanın maliyyə maqnatı Aleksandr Lebedev yeni aldığı Londonun "Evening Standart" qəzetinin fəaliyyəti üçün on milyonlarla dollar xərcləyəcəyinə söz verib. Londonda fəaliyyət göstərən keçmiş KQB casusu Lebedev bu açıqlamanı bu gün Moskvada, Londonun genişmiqyaslı gündəlikqəzetinin səhmlərinin 75%-ni əldə etdikdən bir gün sonra verib. Cənab Lebedev müxbirlərlə söhbəti zamanı qəzetin redaktorluq məsələlərində dəyişlklik etməyəcəyini deyib. Qeyd edək ki, son illərreklam sahəsində və dövriyyədə böyük itkilərə məruz qalan "Evening Standart" qəzeti Britaniyanın ən iri gündəlik qəzetlərindədir. Onu da əlavə edək ki, Rusiyanın müstəqil "Novaya Qazeta" qəzetinin əsas səhmləri keçmiş Sovet prezidenti Mixail Qorbaçov və Lebedevdədir.