Yüz minlərlə insan ABŞ
paytaxtı Vaşinqton şəhərində Kapitoli binası ilə Ağ Evi birləşdirən
Pensilvaniya prospektinin iki tərəfinə toplaşıb. Onlar Amerikanın yeni
prezidenti Barak Obamanın şərəfinə təşkil edilmiş inaqurasiya paradını
izləyiblər. Cənab Obama və Mişel Obama güclü mühafizə olunan limuzinlə paradın
önündə gedib. Parad müddətində Prezident
və birinci xanım iki dəfə avtomobili tərk edərək piyada olaraq yeriyiblər. Daha sonra onlara Co
Bayden və xanımı da qoşulub. Uzunluğu 2.5 kilometrdən çox olan Paradın keçdiyi
Pensilvaniya Küçəsi Kapitoli binası ilə Ağ Evi birləşdirir. Bu küçənin bir ucunda qanunverici orqan yəni
Kapitoli, digər ucunda isə icra orqanı -
Ağ Ev yerləşir. Yəni Prezidentin
İnaqurasiya Komitəsindən bildiriblər ki, paradda 13 min iştirakçı yer alıb.
Onlar Marş ifa edən ansambllardan, rəqqaslardan və hərbi müdavimlərdən ibarət
olub. Paradı izləmək üçün Pensilvaniya küçəsi ətrafına giriş erkən saatlardan
bağlandığından tamaşaçıların sayı gözləndiyindən az olub.