Bu gün Qəzzada atəşkəsə riayət edilir

İsrailin Qəzzaya qarşı üç həftə davam edən hücumlarından sonra bu gün atəşkəsə riayət edilir. Həmas yaraqlıları və İsrail ayrı-ayrılıqda atəşkəs elan etməsindən sonra İsrail hərbi qüvvələrini Qəzzadan tədricən çıxarmağa başlayıb. İsrailin baş naziri Ehud Olmert deyib ki, İsrail Qəzzada hərbi əməliyyatlarını müvəffəqiyyətlə həyata keçirib vəhərbi qüvvələrini oradan tez bir zamanda çıxaracaq. Həmas İsrail qüvvələrinə Qəzzanı tərk etməsinə bir həftə vaxt verib. Bu gün eləcə də, Səudiyyə kralı Abdulla Küveytdəkeçirilən iqtisadi sammitdə Qəzzada müharibədən sonrakı bərpa işlərinə yardım məqsədi ilə bir milyard dollar pul ianə ediləcəyini bildirib. Sammitdə iştirak edən BMT-nin baş katibi Pan Gi Mun da çıxışı zamanı Qəzzaya yüksək səviyyəli humanitar yardım dəstələrinin göndəriləcəyini deyib.