Iraqda təhlükəsizlik qüvvələrinə qarşı hücumlar artır

İraq polisinin bildirdiyinə görə, bu gün Bağdadın cənubundakı Zəfəraniyyə məhəlləsində yol kənarına yerləşdirlmiş bomba partlayışı bir pols işçisinin ölümünə, azı yeddisinin yaralanmasına səbəb olub. Zorakılıqları azaltmağa nail olan İraq təhlükəsizlik qüvvələrinin səylərinə mane olunması üçün yaraqlılar onları tez-tez hədəf alır. 2011-ci ilədək ABŞ hərbi qüvvələrinin İraqı tərk etməsini nəzərdə tutan razılığın bir hissəsi kimi Birləşmiş Ştatlar hərbi qüvvələri təhlükəsizlik məsuliyyətlərini İraqın təhlükəsizlik qüvvələrinə verir.