Barak Obama Demokrat Partiyasının üzvü kimi sonuncu radio müraciətini  inaqurasiyanın  mahiyyətinə həsr edib

ABŞ-ın növbəti prezidenti Barak Obama gələn həftə and icməzdən əvvəl Demokrat Partiyasının üzvü kimi sonuncu radio müraciəti zamanı inaqurasiyanın ABŞ tarixində nə demək olduğundan danışıb. Barak Obama deyib ki, inaqurasiya Amerikanın qüdrətinin təcəssümü olan dinc keçid ritualıdır. "Demokratiyanın özəyini təşkil edən bu məqam Amerikada çox adi bir hal kimi qəbul edilir. Lakin qan axıdılmadan hakimiyyətdən əl çəkməyən liderlərə məxsus olan milyardlarla insan olduğu yaddan çıxarılmamalıdır"-deyə Obama bildirib. ABŞ-ın növbəti prezidenti deyib ki, ölkəmizi müharibələr və iqtisadi problemlərdən xilas etmək üçün əsas dəyərlər və inaqurasiyanın bəxş etdiyi ruh yüksəkliyinə ehtiyacımız var.