Bu gün ABŞ Mərkəzi Komandanlığının
rəhbəri təhlükəsizlik əməkdaşlığının artırılması məsələsini müzakirə etmək üçün
Türkmənistana gəlib. General Deyvid
Petreusun prezident Qurbanqulu Berdimuhammedovla görəşəcəyi gözlənilir. General
həftənin əvvəlində Qazaxıstana baş çəkmişdi. O, Əfqanıstandakı NATO qüvvələrinə
təchizat çatdırılması üçün Mərkəzi Asiyadan tranzit kimi istifadə edilməsi
barədə danışıqlar aparmaq məqsədilə region ölkələrinə səfərini davam etdirir. Keçən həftə Deyvid Petreus Vaşinqtonda
jurnalistlərə bildirib ki, ordu diqqətini şimaldan təchizat marşrutunun
açılmasına yönəldib.