Bu gün İsrailin Qəzzaya raket hücumları zamanı BMT-nin Qəzza şəhərindəki nümayəndəliyi dağıdılıb. Fələstinin qaçqın düşərgəsi yaxınlığında yerləşən nümayəndəliyin yaşayış binaları hücuma məruz qaldıqdan sonra yanmağa başlayıb. BMT-nin Qəzzadakı rəsmiləri raket hücumları zamanı havada ağ fosfor rəngli duman görüb.
BMT-nin baş katibi Pan Gi Mun İsraildə
keçirilən mətbuat konfransı zamanı İsrail rəsmilərinə raket hücumlarının qanun
pozuntusu olduğu barədə xəbərdarlıq
edib. BMT İsrail və Həması təcili olaraq döyüşləri dayandırmağa çağırır. İnsan hüquqları təşkilatı Human Rights Watch
da İsraili əhalinin yaşadığı əraziləri fosfor raketlərindən atəşə məruz qoyduğu
üçün qınayıb.Tibb işçilərinin bildirdiyinə
görə 300-ü uşaq olmaqla, mindən çox fələstinli öldürülüb.