Ehud Olmert: 'Həmasa qarşı hücumlar davam edəcək'

İsrailin baş naziri Ehud Olmert BMT-nin Təhlükəsizlik Şurasının təcili atəşkəsə çağıran qənaməsinə baxmayaraq, Həmas yaraqlılarına qarşı hücumların davam etdiriləcəyini bildirir. Həmas liderləri də qətnaməni rədd edərək, orada fələstinlilərin maraqlarının əks etdirilmədiyini deyir. Dünən 14-0 səslə qəbul edilən qətnamə İsrailin Qəzzadan çıxarılmasına çağırır. Sənəddə həmçinin Həmasın raket hücumlarının dayandırılması ilə humanitar yardımların çatdırılması da tələb edilir. BMT-nin Təhlükəsizlik Şuarsında keçirilən səsvermədə ABŞ bitərəf qalıb.

Qəzzada isə İsrailin döyüş təyyarələri bu gün səhər 50 hücüm həyata keçirib. Hücum nəticəsində 12 fələstinli həlak olub. Həmas İsrailin cənub bölgələrinə raket hücumlarını davam etdirir. BMT-nin bu gün açıqladığı hesabatda bildirilir ki, bu həftənin əvvəllərində 30 fələstinli öldürülüb. Israil qüvvələri 100 mülki vətəndaşı bir evə yığıb, evdən çıxmamaq göstərişi verdikdən sonra həmin evi dəfələrlə hücuma məruz qoyub.