Azərbaycan polisi hökumətin beynlxalq radiolarının yerli tezliklərdə yayımına qadağasına qarşı etiraz aksiyası planlaşdıran müxalifət fəallarını saxlayıb. Polis Müsavat partiyasının fəallarını Azərbaycan Dövlət Tele-Radio Şurasına doğru irəliləməsinin qarşısını alıb. Həmin bu agentlik yanvarın 1-dən başlayaraq Amerikanın Səsi, Azadlıq, BBC və Rusiyanın Avropa Plyus radiosunun yayımlarını dayandırıb. ABŞ Dövlət Departamenti bu qadağanı Azərbaycanda söz azadlığına və demokratik prosesə ciddi zərbə kimi qiymətləndirib.