Avropa qaz təchizatının bərpasına çalışır

Rusiya ilə Ukraynadan nəql olunan qazın monitorinqi barədə razılıq əldə edildikdən sonra Avropa təbii qaz təchizatının tez bərpa olunmasına çağırır. Ukrayna enerji rəsmiləri həmin ölkə vasitəsilə qaz daşınmasına nəzarət edəcək Avropa Birliyi missiyasının tərkibində Rusiya ekspertlərinin iştirak etməsinə icazə verib. Onlar ilkin olaraq Rusiyanın missiyada iştirakına müqavimət göstərirdilər. Qiymətlə bağlı mübahisə üzündən Rusiya yanvarın 1-dən etibarən Ukraynana bütün qaz təchizatını dayandırıb. Çərşənbə günü isə Moskva Ukraynananı tranzit qazını oğurlamaqda ittiham edərək Avropaya nəqil edilən qazın dayandırılmasına əmr verdi. Ukrayna bu ittihamları rədd edir. Moskvanın bu addımı milyonlarla Avropalını qışın soyuq temperaturu ilə üzləşməyə məcbur edib.