İraq baş naziri Nuri Əl-Maliki qonşu dövlətlər
arasında siyasi və iqtisadi əlaqələri müzakirə etmək üçün İrana səfər edib.
İraq lideri bu gün yüksək səviyyəli rəsmilərdən ibarət nümayəndə heyəti ilə
birgə Tehrana gəlib. İranın İraqdakı səfiri
Həsən Kazimi Quminin sözlərinə görə, cənab Maliki və İran rəsmiləri
ölkələr arasında iqtisadi, siyasi, mədəni və ticari əməkdaşlıq haqda olan 110
razılaşmanı nəzərdən keçirəcək. Tərəflərin habelə ABŞ qüvvələrinə 2011-ci ilə
kimi İraqda qalmağa icazə verən Təhlükəsizlik Paktını da müzakirə
edəcəyi ehtimal edilir. İran bu sazişin əleyhinə idi. İraq parlamentinin üzvü
Rauf Osman Amerikanın səsinə bildirib ki, İran İraqda vəziyyətin sabitləşdirilməsində
daha güclü rol oynamalıdır.