Taliban
yaraqlıları Əfqanıstanın Nimroz vilayətində 5 yardım işçisini oğurlayıb. Vilayət
qubernatoru Qulam Dastaqir Azad deyir ki, oğurlananlar BMT-nin Dünya Ərzaq
Proqramı nəzdində ərzaqların insanlara çatıdırılması ilə məşğul olurlar.
Helmənd vilayətində ordu rəsmilərinin sözlərinə görə, dünən keşik çəkən Böyük
Britaniya əsgəri partlayış nəticəsində həlak olub. Əsgər Əfqanıstanda Talibana
qarşı mübarizə aparan NATO-nun başçılıq etdiyi qüvvələrin üzvü idi. Bu, son iki
gündə Helmənd vilayətində öldürülən 2-ci Britaniya əsgəridir. Bu günə qədər Əfqanıstanda Böyük Britaniyanın
138 əsgəri həlak olub.